İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikalı həmsədr ermənilərin hərəkətini qəbuledilməz hesab edir

Amerikalı həmsədr ermənilərin hərəkətini qəbuledilməz hesab edir

27.10.2015

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində aparılan monitorinq zamanı ermənilərin atəşkəsi pozmasını qəbuledilməz hal kimi dəyərləndirib.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz “twitter” səhifəsində yazıb.

O, qeyd edib: “Biz təmas xəttini keçərkən bir neçə dəfə atəş açılması bizi sığınmağa məcbur etdi. Bu yolverilməzdir”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.

no comment