İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyənin müdafiə naziri: "Qafqazda sülhün ilk şərti Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır"

Türkiyənin müdafiə naziri:

31.10.2015

“Türkiyə ilə Azərbaycan çox da uzaq olmayan zaman məsafəsində Şərqin ilk cümhuriyyətlərini elan etmiş iki qardaş ölkədir".

Bunu Türkiyə Cümhuriyyətinin qurulmasının  92-ci ili münasibətilə ölkə prezidentinin keçirdiyi qəbulda APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül deyib.

Azərbaycan torpaqlarının hələ erməni işğalı altında qalmasına toxunan nazir bu məsələnin daim Türkiyənin diqqətində olduğunu vurğulayıb: "Qafqazda sülh və əmin-amanlıq istəyən hər kəs bilməlidir ki, bunun ilk şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır. Türkiyə bundan sonra da bölgəyə  ədalətli sülh gəlməsi üçün çalışacaq. İnşallah, hər şey yaxşı olacaq”.