İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa İttifaqının nümayəndəsi: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Avropa İttifaqının nümayəndəsi: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

04.11.2015

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistan prezidentiSerj Sarkisyanla keçirdiyi görüşdə bildirib. H. Zalber münaqişənin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıb. O deyib ki, Avropa İttifaqı regiondakı balanslı siyasətini davam etdirməyə hazırdır. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığı və sadəcə, qarşılıqlı güzəştlər şəraitində sülh yolu ilə həll edilməli olduğu barədə fikir mübadiləsi aparıblar.