İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Metyu Brayza: AŞ PA-nın qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin həllində çərçivə sazişinin əldə edilməsinə kömək edə bilər

Metyu Brayza: AŞ PA-nın qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin həllində çərçivə sazişinin əldə edilməsinə kömək edə bilər

06.11.2015

AŞ PA-nın Siyasi məsələlər komitəsi qətnamə layihəsini qəbul etməklə 7 il əvvəl ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çərçivə sazişinin əldə edilməsi üzrə Minsk qrupunun səylərinin dəstəklənməsində Avropaya daha fəal rol oynamğı tövsiyyə edir.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, bəyanatda beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad edilməsi ilə bağlı çoxdankı çağırışı təkrarlanır.

M.Brayza bildirib ki, bu amillər və qoşunların təmas xəttində hər iki tərəfdən hərbi faəliyyətlərin dayandırılması barədə çağırışlar Helsinki Yekun Aktının 3 əsas elementini qeyd edir: "Akta əsasən, istənilən münaqişə ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə, silahdan istifadə etməmə prinsiplərinə uyğun həll edilməlidir".

O əlavə edib ki, AŞ PA-nın qətnaməsi yaxşı hazırlanıb və 10 il əvvəl səsləndirilmiş çağırışlardan ibarətdir.

Qeyd edək ki, ötən gün Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.

Bu barədə noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.