İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməz qalır

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməz qalır

13.11.2015

Mariya Zaxarova: “Ümid edirəm ki, bizim indi səsləndirdiyimiz mövqe erməni tərəfini sakitləşdirər”

APA. Rusiya XİN nazir Sergey Lavrovun Ermənistana səfəri zamanı bu ölkə rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının müzakirə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazir Sergey Lavrovİrəvanda erməni həmkarı ilə keçirdiyi görüş barədə açıq mətbuat konfransında məlumat verib: “Həmin açıqlamada qeyd olunanlardan başqa heç bir əlavə söz deyə bilmərəm. Fikrimcə, vəziyyəti gərginləşdirmək lazım deyil. Məlumatı almaq üçün ilkin mənbəyə - nazirin Rusiya XİN-in saytında yerləşdirilən nitqinə müraciət etmək lazımdır. Onu qeyd edə bilərəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində həm Ermənistan, həm də Azərbaycandan olan həmkarları ilə sıx əlaqələri dəstəkləyir. Bizim Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yanaşmamız dəyişməz olaraq qalır. Bu yanaşma dəfələrlə təsdiq olunub. Ümid edirəm ki, bizim indi səsləndirdiyimiz mövqe erməni tərəfini sakitləşdirər”.