İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aureliya Qriqoriu: Ermənistan dünya ictimaiyyətinin qərarına həyasızcasına məhəl qoymur

Aureliya Qriqoriu: Ermənistan dünya ictimaiyyətinin qərarına həyasızcasına məhəl qoymur

13.11.2015

AŞ PA-nın Siyasi məsələlər komitəsinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi barədə qəbul etdiyi qətnamə layihəsi müsbət və mütərəqqi addımdır. Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O, qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq siyasətinin çox böyük uğurudur: "Qətnamənin qəbul edilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yaxşı tərəfə dəyişməlidir".

A.Qriqoriunun sözlərinə görə, beynəlxalq strukturların tövsiyələrinin yerinə yetirilməsi üçün təzyiq mexanizmlərini hazırlamaq vacibdir: "Ermənistan dünya ictimaiyyətinin qərar və tövsiyələrinə həyasızcasına məhəl qoymur. Niyə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan sərbəst şəkildə Böyük Britaniya və digər ölkələrə səfər edir? Niyə onu Avropa İttifaqında qəbul edirlər? Kim və hansı əsasla ona viza verir? Bunu Avropada azad hərəkət edən Dnestryanının liderinə də şamil etmək olar. Fikrimcə, biz yenə də ikili standartlar siyasəti ilə üzləşirik".