İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub

“Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub

14.11.2015

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində çap olunub.

Əsəri tacik dilinə Olim Xocamurod və Bahriddin Cuyo tərcümə ediblər. Kitabın redaktoru Tacikistanın xalq şairi Gulnazar Geldidir.

Monoqrafiyada Dağlıq Qarabağın tarixi, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycana mənsub olması tutarlı faktlarla sübut edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının yalan və uydurma üzərində qurulduğu diqqətə çatdırılır.

Tacikistanın elmi ictimaiyyəti və oxucular belə bir kitabın nəşrini böyük maraqla qarşılayıblar.