İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN-dən qondarma rejimin "nümayəndə"si Bako Saakyanın Rusiyaya səfərinə münasibət

XİN-dən qondarma rejimin

14,11,2015

Xarici İşlər Nazirliyi (XİN) yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına əsasən Moskvada qondarma rejimə həsr olunan “günlər” və ümumerməni fondunun Rusiya üzrə telemarafonu çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Moskvaya səfərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən rəsmi kanallar vasitəsilə ilk gündən bu məsələ araşdırılır.

H.Hacıyev vurğulayıb ki, Moskva hökuməti Azərbaycan səfirliyinin ilkin müraciətinə cavabında ümumiyyətlə belə bir səfərdən və tədbirdən xəbərsiz olduğunu bildirib: “Xarici İşlər Nazirliyi yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz. Bu baxımdan sözügedən səfərin məqsədi və təşkilatçıları rəsmi mənbələr əsasında dəqiq şəkildə müəyyən olunduqdan sonra Azərbaycanın münasibəti diplomatik kanallarla Rusiya tərəfinə çatdırılacaq. Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir. Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Məsələ ilə əlaqədar Azərbaycanın qəti və birmənalı mövqeyi bütün tərəflərə çatdırılır”.