İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi zərərin məbləği məlum oldu

Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi zərərin məbləği məlum oldu

18.11.2015

Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi maddi zərər məbləği 818,88 milyard ABŞ dolları təşkil edir.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun bu gün təqdim olunan hesabatında deyilir.

Qeyd olunub ki, İşçi Qrupu dəymiş zərərin hesablanması işlərini davam etdirir. Araşdırmalar nəticəsində dəymiş zərərin məbləğinin artacağı istisna edilmir.

Hesablamaların aparılmasında məqsəd Ermənistandan təzminat tələb etmək və bu məsələni beynəlxalq səviyyədə qaldırmaqdır.