İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Artıq Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan çatıb

Novruz Məmmədov: Artıq Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan çatıb

20.11.2015

Artıq Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan gəlib çatıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib ki, Ermənistan tərəfi hələ də anlamır ki, bu prosesi nə qədər yubadırsa, özü üçün bir o qədər böyük faciə hazırlayır: "Danışıqların da, Madrid prinsiplərinin də mahiyyəti bundan ibarətdir ki, birinci mərhələdə 5 rayon azad olunsun, ikinci mərhələdə Laçın dəhlizinin formatı müəyyən edilsin, qalan iki rayonun qaytarılması məsələsi həll olunsun, Dağlıq Qarabağda təhlükəsizlik baxımından sülhməramlı qüvvələr yerləşdirilsin, III mərhələdə isə azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağda yerləşdirilsin, yaşasın, müəyyən vaxtdan sonra referendum keçirilsin".

N.Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir Qərb dövlətlərindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT qətnamələrinə uyğun həlli ilə bağlı ədalətli mövqe görmür. Bu isə vəziyyəti mürəkkəbləşdirir.

no comment