İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olmuşdur

“Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olmuşdur

14 dekabr 2013 – cü il tarixində “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olmuşdur. “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat verməkdir. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, «Sağlam İnkişaf və Maarifləndirmə» ictimai birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ictimai birliyidir.

Layihə çərçivəsində həmçinin “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsi olan www.virtualkarabakh.az portalı da hazırlanmışdır. Portalın məqsədi Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir.

Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, Qarabağla bağlı elektron kitab resusrlarından istifadə etmək üçün elektron kitabxana, foto - video studiya, işğal olunmuş Qarabağ rayonlarının adı ilə adlandırılmış iş otaqları fəaliyyət göstərir. Qarabağ haqqında məlumatları səsləndirən info adam  köşkü də açılış iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Mərkəzin ofisində Qarabağ xəritəsinin tavanda quraşdırılması maraqlı tərtibat kimi qiymətləndirilmişdir.

Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışında çıxış edən layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir. 

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini  Tahir Süleymanov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə  və gənclər təşkilatlarının rəhbərləri və üzvləri iştirak etmişlər.