İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əbülfəs Qarayev: “İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”

Əbülfəs Qarayev: “İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”

23.11.2015

İSESCO-nun Dağlıq Qarabağmünaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”.

APA-ın xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QarayevİSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında deyib. O, üzv dövlətlərin bu məsələdə vahid mövqedən çıxış etdikləri üçün onlara Azərbaycan dövləti adından təşəkkür edib.

2006-cı ildən etibarən İSESCO xətti ilə Azərbaycanda çoxlu sayda və yüksək səviyyədə tədbirlər keçirildiyini diqqətə çatdıran nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar da minnətdarlığını bildirib.

Ə. Qarayev qeyd edib ki, gələn ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu keçiriləcək. O, İSESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyini ümidvar olduğunu söyləyib.

Nazir qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban ƏliyevanınİSESCO-nun xoşməramlı səfiri elan olunması və fəaliyyəti Azərbaycan vəİSESCO arasında mövcud əməkdaşlığın yüksək səviyyəsinin sübutudur: "Bakı prosesi çərçivəsində keçirilən silsilə tədbirlər artıq İslam dünyasının mədəni, elm, təhsil səviyyəsini dünya miqyasında sübut etməyə imkan verir".

Ə. Qarayev 2017-ci ildə Bakıda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarının İslam ümmətinin gələcəyi, sağlamlığı naminə mühüm tədbir olacağını vurğulayıb.