İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əhməd Davudoğlu: "Yeni hökumətimiz Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün səylərini davam etdirəcək"

Əhməd Davudoğlu:

26.11.2015

“Yeni hökumətimiz Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğalının dayandırılması və Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərməyə davam edəcək”.

APA-nın məlumatına görə, bu barədə Türkiyə baş naziriƏhməd Davudoğlunun hazırladığı 64-cü hökumət proqramında deyilir.

Bildirilir ki, növbəti dövrdə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı addımlar da atılacaq: “Sülh, təhlükəsizlik və rifahın Qafqazda yalnız bu yolla bərpa olacağını düşünürük. Qafqazda formalaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü mexanizmləri də bəhrəsini verməyə başlayıb. Qafqaz və Orta Asiya ölkələri ilə ticarət həcmi yüksəlib. Bu ərazilərlə əlaqələrimizin daha da genişləndirilməsi və Türk Şurasının daha da güclənməsi əsas hədəflərimizdən biridir”.

Proqramda o da qeyd olunur ki, Azərbaycan ilə Türkiyə arasında hökumətlərarası anlaşmayla imzalanan TANAP layihəsi bu dövrdə həyata keçiriləcək. 

no comment