Mövzuya dair digər materiallar:
Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb
Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Serj Sarkisyan istefaya gedib
Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
30.11.2015
İnterfaks-Azərbaycan: Çərşənbə günü Səudiyyə Ərəbistanı Krallığında "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.
Tədbirin təşkilatçıları qismində İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi və SAM çıxış edir.
Simpozium iştirakçıları “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr aparacaqlar.
Tədbirdə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev iştirak edəcəklər.