İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avstraliya parlamenti Dağlıq Qarabağın işğalına son qoymağa çağırdı

Avstraliya parlamenti Dağlıq Qarabağın işğalına son qoymağa çağırdı

02.12.2015

Avstraliyanın federal parlamentinin 30 noyabr 2015-ci il tarixli sessiyası zamanı Qərbi Avstraliya ştatından millət vəkili seçilmiş, eləcə də Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins Dağlıq Qarabağ və ətraf regionlar da daxil olmaqla Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar Avstraliya Hökumətinin rəsmi mövqeyi haqqında xarici işlər naziri xanım Culia Bişopa sual ünvanlayıb.

Bu barədə Trend-ə Azərbaycanın Avstraliyadakı səfirliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, dünyada xalqların suveren ərazilərinin qeyri-qanuni işğalının qınanılması ilə bağlı Avstraliyanın uzunmüddətli siyasət yürütdüyünü bildirən xanım Bişop Dağlıq Qarabağ məsələsində Avstraliya Hökumətinin Azərbaycanın suverenliyini tanıdığını diqqətə çatdırıb.

Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadıqlarını söyləyən C.Bişop Avstraliya Hökumətinin vəziyyəti həll etmək ilə bağlı Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib.

Çıxışın sonunda avstraliyalı diplomat Ermənistan və Azərbaycanı məsələni sülh yolu ilə həll etmək üçün bir araya gəlməyə, münaqişəyə və Dağlıq Qarabağın işğalına son qoymağa çağırıb.