İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

UNESCO Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”ni qəbul etməyib

UNESCO Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”ni qəbul etməyib

02.12.2015

Ermənistan tərəfindənUNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib. Bu barədə APA-ya AzərbaycanMədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu ilin 30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir: “Sessiya çərçivəsində ölkələr tərəfindən qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb. Bundan öncə, UNESCOqiymətləndirmə orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistan tərəfin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə qiymətləndirmə orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylının Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib”.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı qiymətləndirmə orqanının rəyinin və komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanı Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.