İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Moldova XİN rəsmisi: “Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycanın ərazisi kimi qəbul etmişik”

Moldova XİN rəsmisi: “Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycanın ərazisi kimi qəbul etmişik”

02.12.2015

Moldova Xarici İşlər Nazirliyinin İkitərəfli əlaqələr üzrə idarə rəisi Aleksandr Qodreanunun APA-ya müsahibəsi

- Azərbaycanla Moldova arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz və yaxın zamanlarda Moldova siyasi rəhbərliyinin Azərbaycana səfərləri nəzərdə tutulurmu?

- Moloova-Azərbaycan münasibətləri həm siyasi, həm də müxtəlif daxili qurumların bir-biri ili əməkdaşlığı baxımından çox yaxşıdır. Siyasi dialoq və iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli münasibətlərimiz inkişaf etməkdədir. Prezidentlər bir-birini qarşılıqlı səfərlərə dəvət ediblər və hazırda bu məsələ ilə bağlı işlər aparılır. Hazırda Moldovada yeni hökumət formalaşması prosesi getdiyindən cənab prezidentin Azərbaycana səfəri 2016-cı ildə nəzərdə tutulur.

- Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı üzrə öhdəliklərini yerinə yetirsə də, Avropa təşkilatlarının, ATƏT-in Azərbaycana qarşı qərəzli bəyanatlarından sonra, Avropa İttifaqı ilə əməkdaşlıq zəiflədi. Buna münasibətiniz necədir?

- Əvvəlcə bildirmək istəyirəm ki, biz həm Avropa İttifaqı, həm də “Şərq tərəfdaşlığı”nda iştirak edən 6 ölkə ilə əlaqələrin inkişafını dəstəkləyirik. Eyni zamanda hər ölkənin bu əməkdaşlığın inkişaf etməsində öz surətini müəyyən etməsini də dəstəkləyirik. Bəzi ölkələr üçün iqtisadi-ticarət məsələləri, digərləri üçün viza, immiqrasiya və digər məsələlər önəm daşıyır. Yəni hər bir ölkə ona daha çox vacib olan məsələlər üzərində çalışmalıdır, bu bizim müstəqil haqqımızdır. Avropa İttifaqı əməkdaşlığın inkişaf etməsi üçün çərçivə müəyyən etməlidir. Bildiyiniz kimi Moldova keçən il Assosiasiya sazişini imzalayıb və sentyabrın 1-dən bu saziş artıq qüvvədədir. 28 ölkənin hamısı bu sazişi ratifikasiya edib. Vəzifələrimiz bu sazişi həyata keçirməkdir, həmin sazişdə çoxlu bəndlər var, amma ən önəmlisi siyasi-iqtisadi məsələlərdir. Bu ilin sentyabr ayından Avropa İttifaqı ilə həm idxal, həm də ixracda 10 faiz artım müşahidə etmək olar. Bu səbəbdən biz gələcəkdə əməkdaşlığı davam etmək niyyətindəyik. Hazırda əməkdaşlıq sahəsində islahatlar aparılır və hər bir ölkə öz maraqlarının necə inkişaf etmək istədiyini bəyan edə bilər. Təbii ki, əməkdaşlıqda marağı olmayan ölkələr bu prosesdə iştirak etməməlidir.

- Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa hazırdır, lakin Assosiasiya sazişində Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsi əksini tapmayıb. Amma Moldova ilə həmin analoji saziş imzalanarkən ölkənin ərazi bütövlüyü nəzərə alınıb. Avropa İttifaqının bu yanaşmasının, bu ikili standartlarının səbəbi necə izah edə bilirsiniz?

Avropa İttifaqı ilə danışıqlar zamanı ölkənin müstəqilliyi nəzərə alınmalıdır. Hesab edirəm ki, danışıqlar hər iki tərəfin maraqlarına cavab verənədək aparılmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, hər bir sazişdə ölkənin maraqları nəzərə alınmalıdır. Əlbəttə ki, Moldova Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz beynəlxalq səviyyədə də Azərbaycanla əməkdaşlıq edirik.

- Moldova da Azərbaycan kimi separatizmdən əziyyət çəkən ölkədir...

- Ölkələrimizin rəsmən bir-birinin müstəqilliyini tanıması ölkənin ərazi bütövlüyünü tanınması deməkdir. Moldova Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyır. Təbii ki, bu əraziyə aid olduğu üçün birmənalı olaraq Dağlıq Qarabağı da Azərbaycanın ərazisi kimi tanıyırıq.

Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.

no comment