İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları Belqradda müzakirə edilib

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları Belqradda müzakirə edilib

03.12.2015

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən vverilən məlumatda deyilir.

Bildirilir ki, Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində dekabrın 2-də Xarici işlər naziri E.Məmmədyarov Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası), Pyer Andryu (Fransa) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün MQ-nın həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.