İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanda Xocalı soyqırımına dair yeni abidə kompleksi rəsmi protokola salınacaq

Azərbaycanda Xocalı soyqırımına dair yeni abidə kompleksi rəsmi protokola salınacaq

APA- nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə yeni abidə kompleksinin tikilməsi istiqamətində işlər görülür: “Xocalı abidəsinin Milli Məclisin gündəliyinə salınması məsələsini vaxtaşırı qaldırmışam. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və cənab prezidentimizin tapşırığı ilə artıq bu işlər gedir. Bu abidə rəsmi protokola salınacaq ki, ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər. Artıq abidənin layihəsi, sənədləşmə və digər işlər hazırdır və inşasına başlanmalıdır”.