İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini tələb edir

Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini tələb edir

04.12.2015

Trend:

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və regionda sülh üçün Azərbaycanın işğal edilmiş torpaqlarını tam azad etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıda ADA Universitetində çıxışında deyib.

Baş nazir Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağırıb.

Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sonadək Azərbaycanın yanında olacaq.

O bildirib: "Türkiyə Azərbaycan torpaqları tam azad edilənədək Azərbaycanın yanında olacaq. Azərbaycanın hər qarış torpağı dəyərlidir və bu torpaqlar azad edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqazda sülh və sabitliyə xidmət edir".