İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mübariz Qurbanlı: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanda 900-ə yaxın mədəni və dini abidələr məhv edilib

Mübariz Qurbanlı: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanda 900-ə yaxın mədəni və dini abidələr məhv edilib

04.12.2015

Trend:

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanda 900-ə yaxın mədəni və dini abidələr məhv edilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda keçirilən tədbirdə deyib.

Komitə sədri qeyd edib ki, mədəni-dini irsin qorunması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Bununla bağlı bır çox beynəlxalq sənədlər qəbul olunub. Azərbaycan da onları ratifikasiya edib.

Qafqazın dünyanın ən nadir bölgələrindən biri olduğunu deyən M.Qurbanlı deyib ki, bu ərazidə səmavi dinlərin hamısı formalaşıb, təşəkkül tapıb: "Hər bir kəs mədəni-dini irsi qorumalıdır. Ancaq çox təəssüf ki, dünyanın ayrı-ayrı bölgələrində xalqların tarixinə aid mirasların dağıdılmasının şahidi oluruq. Tarixi abidələrin dağıdılması yalnız bu gün baş vermir, bu, əvvəllər də baş verib. Təəssüf ki, bəşəriyyət hələ də keçmişindən ibrət götürmür".