İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq

XİN: Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq

11.12.2015

Trend:

Ermənistan kütləvi informasiya vasitələri tərəfindən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumat verilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən bu fakt araşdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallarla Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq: "Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ tərəfindən qondarma rejimi təşviq etmək məqsədilə Vaşinqtona səfər etmək üçün K.Mirzəyana adlı şəxsə viza verilməsi düzgün addım deyil".