İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi yanaşmırlar

Novruz Məmmədov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi yanaşmırlar

13.12.2015

Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

N.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlər bu münaqişənin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər. Bu isə həmsədr dövlətlərin, ümumiyyətlə, bu münaqişənin həllinə tam ciddi, ədalətlə yanaşmadıqlarını göstərir".

O bildirib ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı rəhbərlərinin ABŞ-a girişinə icazə, viza verilməsi, onların iştirakı ilə tədbirlər keçirilməsi düzgün deyil: "Beynəlxalq hüquq var, ya yoxdur? Təhlükəsizlik Şurasının qətnamələri var, ya yoxdur? Dünyada gedən proseslərin xarakterini, mahiyyətini, istiqamətini bilirik. Bu nöqteyi-nəzərdən bizim bu günə qədər keçdiyimiz yol çox uğurlu yoldur. Təkcə sabitliyimizi, təhlükəsizliyimizi, davamlı inkişafımızı təmin etmirik, eyni zamanda bu münaqişənin həlli ilə bağlı çox böyük potensialımız var. Ermənistan tərəfi isə daim uduza-uduza gedir. Onun söykəndiyi divarlar da davam gətirməyəcək - hara söykənir, söykənsin".