İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verib

Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verib

13.12.2015

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasəti və hətta həmsədr dövlətlərin prezidentləri səviyyəsində verilmiş bəyanatların mahiyyətini təhrif etməkdən belə çəkinməməsi Minsk qrupu formatına qarşı ən böyük hörmətsizliyin nümunəsidir.

O qeyd edib ki, Ermənistan bu siyasətini 3-4 dekabr 2015-ci il tarixindəATƏT-in Belqradda Nazirlər Şurasının keçirildiyi və Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli ilə əlaqədar bəyanatla çıxış etdikləri bir vaxtda cəbhədə vəziyyəti gərginləşdirməklə bir daha nümayiş etdirib: “Ümumiyyətlə, BMTnizamnaməsinə zidd olaraq, güc tətbiq etmək və qanlı etnik təmizləmə törətməklə, Azərbaycanın ərazilərini işğal etməsi və münaqişə ilə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər törətməsi, o cümlədən Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələrin vandalizmə məruz qoyması Ermənistanın beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa qarşı hörmətsizlik və etinasızlığının ifrat göstəricisidir”.

Xatırladaq ki, E. Nalbandyan dünən Avstriyada Ermənistanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı daimi nümayəndələri ilə görüşüb. Həmin görüşdə o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin çağırışına cavab olaraq son günlər cəbhə xəttindəki vəziyyətin gərginləşməsini həmsədr ölkələrə və beynəlxalq ictimaiyyətə vurulmuş sillə kimi qiymətləndirib.