İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib

Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib

14.12.2015

Trend:

Benilüks Azərbaycanlılar Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası olan Ned2 telekanalında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi, Ermənistandan və Dağlıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.

Filmin nümayişindən sonra Niderlandda və ümumiyyətlə, Avropada yşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları verilib. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.

Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderland Krallığının Ned2 və Ned3 telekanallarında Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi və türkoloq Aleskandr de Grootun iştirakı ilə hazırlanmış Xocalı soyqırımına dair sənədli film ermənilərin iç üzünü açaraq yerli tamaşaçılarda dərin izlər buraxmışdı.