İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Didye Bukhalter: Dağlıq Qarabağ münaqişə yalnız danışıqlar nəticəsində həll oluna bilər

Didye Bukhalter: Dağlıq Qarabağ münaqişə yalnız danışıqlar nəticəsində həll oluna bilər

19.12.2015

Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar nəticəsində həll oluna bilər. Trend TASS agentliyinə istinadən xəbər verir ki, bunu şənbə günü Berndə Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşən İsveçrənin xarici işlə naziri Didye Bukhalter deyib.

Nazir tərəfləri dialoqu möhkəmləndirməyə və hər-hansı gərginlik halları və təxribatlardan imtina etməyə çağırıb. Didye Bukhalter qeyd edib ki, Bern ölkə ərazisində görüşlər təşkil edib, ekspertlərin köməyini təklif etməklə dialoqun genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır.

Didye Bukhalter qeyd edib ki, Cənubi Qafqaz İsveçrənin sülh siyasəti sahəsində prioritetləri sırasındadır və deyib ki, İsveçrə 2014-cü ildə ATƏT-də sədrlik etdiyi dövrdə təşkilat çərçivəsində vasitəçilik formatının saxlanılmasını dəstəkləyib.