İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair yekun bəyanat yayıblar

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair yekun bəyanat yayıblar

20.12.2015

“Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin onların iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidentiSerj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşləri ilə bağlı bəyanatlarında deyilir. Görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə prezidentlər son zorakılıq hallarının müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər: “Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar həmçinin Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”.

Qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır  olmaqda davam edirlər.