İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Departamenti: ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir

Dövlət Departamenti: ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir

22.12.2015

Trend:

ABŞ Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib.

Trend-in məlumatına görə, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Kirbi İsveçrədə Azərbaycan və Ermənistan Prezidentləri arasında şənbə günü keçirilən görüşü şərh edərkən deyib ki, "sammit ölkə liderlərinə il ərzində ilk dəfə üz-üzə görüşmək və mövqeləri aydınlaşdırmağa imkanı verdi". Onun sözlərinə görə, "Prezidentlər vəziyyətin pisləşməsini etiraf ediblər".

Rəsmi nümayəndə həmçinin Vaşınqtonun "dinc əhali arasında qurbanların sayının azaldılması üzrə tədbirləri" dəstəklədiyini bildirib. Bildirib ki, Amerika nümayəndə heyəti "ATƏT-in Minsk qrupu çərçivəsində rusiyalı və fransalı həmkarları ilə birlikdə bütün bu tədbirləri ətrafında müzakirələri davam etdirir".