İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bordyuja: “Qarabağda hərbi əməliyyatların genişlənməsi Qafqazda partlayışa səbəb ola bilər”

Bordyuja: “Qarabağda hərbi əməliyyatların genişlənməsi Qafqazda partlayışa səbəb ola bilər”

28.12.2015

“Biz bu gün Qafqazda, xüsusən də Qarabağ münaqişəsi ilə zonasında baş verənləri - ağır artilleriya və tanklardan istifadə nəticəsində mülki əhali arasında ölüm hallarını böyük həyəcanla izləyirik”.

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

N. Bordyuja qeyd edib ki, münaqişənin eskalasiyasının qarşısı alınmalıdır.

“Dövlətlərimizin siyasi resursları vəziyyətin gərginləşməsinin qarşısı almağa yönəlməlidir ki, irimiqyaslı hərbi münaqişə baş verməsin. Baş verə biləcək bu dəhşətli hadisə bütün Qafqazda partlayışa səbəb ola bilər”, - deyə N. Bordyuja qeyd edib.

O bildirib ki, münaqişənin həlli üçün siyasi metodlardan istifadə etmək lazımdır.

Xatırladaq ki, dekabrın 21-də Moskvada KTMT sammitində Ermənistan prezidenti Serj Sarkisyan quruma üzv dövlətlərin Dağlıq Qarabağmünaqişəsi ilə bağlı mövqeyini tənqid edərək Azərbaycanın atəşkəsi pozmaqla Astana, Düşənbə, Moskva və Minskə də atəş açdığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan rəhbərliyinin çıxışını avantüra adlandıraraq bunu hərbi diktatura rejimləri üçün xarakterik xüsusiyyət olduğunu bəyan edib.