İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Vitse-spiker: 2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq

Vitse-spiker: 2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq

02.01.2016

Trend:

2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlər istədiyimiz nəticəni verməsə də, digər konfliktlərin yaranması Qarabağ məsələsinin arxa plana atılmasına imkan verməyib.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yeniliklərin olacağına ümidlərin itmədiyini deyib: “2016-cı il üçün ümidli olmamıza əsas yaradan mövqeyimizin haqlı, beynəlxalq hüququn, haqqın-ədalətin isə bizim tərəmizdə olmasıdır. Ona görə də ümidimizi heç vaxt itirmirik. Bu məsələnin məhz beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə inanırıq”.

B.Muradova qeyd edib ki, 2016-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində davamlı iştirak etməkdə maraqlıdır: “Dağlıq Qarabağ daim müzakirə olunan, üzərində çalışılan bir problem olaraq qalmaqdadır. Çalışmaq lazımdır ki, bu istiqamətdə aparılan fəaliyyət konkret nəticə versin. Bu il ərzində də istər beynəlxalq təşkilatlarda, istər ikitərəfli münasibətlərdə bir sıra maraqlı hadisələr olub. Həm həmsədrlərin regiona çoxsaylı səfərləri olub, həm də başqa ölkələrdə beynəlxalq təşkilatların tədbirləri çərçivəsində bu məsələlərə ciddi diqqət yetirilib. Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) sammitində iştirak edərkən dünya dövlətlərinin diqqətini bir daha bu məsələyə yönəldib”.