İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri: “İlk olaraq yeddi rayon azad edilməlidir”

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri: “İlk olaraq yeddi rayon azad edilməlidir”

07.01.2016

“Rusiya Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında daha fəal mövqe tutmalıdır”.

APA-nın xəbərinə görə, bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev “moscow-baku.ru” saytına müsahibəsində deyib.

“Bu il münaqişənin nizamlanmasında irəliləyiş əldə ediləcəyinə çox ümid edirəm. Arada müəyyən çıxılmaz vəziyyətlər yaransa da, iş düzgün istiqamətdə aparılır. İlk olaraq, ən vacib məsələ isə Dağlıq Qarabağətrafındakı 7 rayonun azad edilməsidir”, - deyə D. Savelyev qeyd edib.