İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Uorlik: "Genişmiqyaslı müharibə regionu məhv edə bilər"

Uorlik:

14.01.2016

APA. “Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağmünaqişəsinin həllinin açarı əllərində olan iki insandır”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “tert.am” agentliyinə müsahibəsində deyib. O bildirib ki, prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər: “Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”.

Həmsədr qeyd edib ki, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiqliklərini bəyan ediblər:  “Bu, onların dediyi sözlərdən də aydın olur. Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır. Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər”.