İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

14.01.2016

Trend:

Yanvarın 26-da AŞ PA-nın qış sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir.

Sessiyanın gündəliyindəki məsələlər sırasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası haqqında" və "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı məruzələrə baxılacaq.