İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırır

Rusiya XİN Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırır

14.01.2016

APA. “2015-ci ildə Dağlıq Qarabağda dinc sakinlər arasında çoxlu sayda ölüm və yaralanma halları ilə nəticələnən silahlı insidentlərin çoxalmasının şahidi olduq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

"Vəziyyət ciddi narahatlıq doğurur. Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq", - deyə o vurğulayıb.