İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olaraq qalır

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olaraq qalır

19.01.2016

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqıüçün prioritet məsələ olaraq qalır”.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının toplantısının yekununda qəbul olunan bəyanatda deyilir.

Sənəddə bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir: “Təmas xəttində və Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliklə bağlı vəziyyət ciddi narahatlıq predmetidir. Avropa İttifaqı tərəflərə ATƏT-in rəhbərliyi ilə aparılan danışıqlarda  iştirak etmək və danışıqlarda öhdəlik nümayiş etdirməklə bağlı çağırışını təkrarlayır. Aİ münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına dəstəyini ifadə edir. Aİ Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər  səviyyəsində davam etdirilməsinə çağırır və həmsədrlərin təşəbbüsü ilə İsveçrədə ötən il dekabrın 19-da keçirilən görüşü alqışlayır. Bu görüş gələcək addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün vacib imkan yaratdı. Bununla yanaşı, sülh razılaşması əldə edildikdən sonra Aİ sülhyaradıcı fəaliyyətləri dəstəkləməyə, münaqişədən əziyyət çəkən regionların bərpa və reabilitasiyasına yardım etməyə hazır olduğunu bəyan edir”. 

no comment