İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsi İƏT Parlament İttifaqı Konfransının iclasında müzakirəyə çıxarılacaq

Dağlıq Qarabağ münaqişəsi İƏT Parlament İttifaqı Konfransının iclasında müzakirəyə çıxarılacaq

21.01.2016

Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov tədbirdə iştirak etmək üçün İraqın paytaxtı Bağdad şəhərinə səfər edəcəklər.

Toplantıda terrorizm və ekstremizmlə mübarizə, Fələstində son hadisələr, Suriyada humanitar vəziyyət, Sudan, Somali, Mali və Çadda siyasi durum, miqrasiya və qaçqınlar problemi, Kipr, Hindistanın Cammu və Kəşmir ştatları və Myanmadakı vəziyyət, Krımda müsəlman tatarların durumu ilə bağlı mövzular ətrafında müzakirələr aparılacaq.

Sessiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar məsələyə də baxılacaq.

Səfər yanvarın 26-da başa çatacaq.