İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bakıda "Ermənilər Cənubi Qafqazda" kitabının təqdimatı olub

Bakıda

23.01.2016

Bakıda "Ermənilər Cənubi Qafqazda" kitabının təqdimatı olub

Bu gün 1905.az saytının təşkilatçılığı ilə Heydər Əliyev İrsinin Araşdırılması Mərkəzində "Ermənilər Cənubi Qafqazda" adlı kitabın təqdimatı olub.

APA-nın məlumatına görə, kitabın müəllifi Aqil Şahmuradov bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün kitab 3 dilə tərcümə olunub.

Onun sözlərinə görə, kitabda ermənilərin ifşası əsas xətt kimi götürülüb: "Hazırda ermənilər həm elm, həm siyasət, həm də mədəniyyət sahəsində çox fəaldırlar və onların yalanlarına operativ şəkildə cavab verilməlidir. Bizim əsas məqsədimiz ermənilərin saxtakarlığını üzə çıxarmaqdır. Təbliğat və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu baxımdan kitabda kifayət qədər məlumatlar yer alıb".

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov isə çıxışında qeyd edib ki, ermənilər 23-ildən artıqdır  Azərbaycan torpaqlarını işğal edib və Azərbaycan bu torpaqların qaytarılması üçün çalışır. O, ermənilərin ifşası baxımından kitabın əhəmiyyətini xüsusi qeyd edib.

E. Süleymanov Azərbaycanın xarici ölkələrdəki səfirliklərini Qarabağ probleminin həllində fəal olmağa çağırıb.