İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Məruzəçi: AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə məhəl qoymaya bilməz

Məruzəçi: AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə məhəl qoymaya bilməz

26.01.2016

AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə, Ermənistanın nəzarət etdiyi su anbarındakı sudan qıtlıq çəkən sadə xalqın əzablarına məhəl qoymaya bilməz. Trend-in məlumatına görə, bunu "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı hesabatın müəllifi, AŞ PA-nın məruzəçisi Militsa Markoviç dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, söhbət Avropa Şurası və AŞ PA-nın üzv dövlətinin əhalisindən gedir və humanitar, sosial problemlər bilavasitə bizə aiddir: "Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi problemi çox vacibdir. Əhalinin içməli su ilə təmin edilməsi üzrə Azərbaycan hakimiyyətinin bütün səylərinə baxmayaraq, irriqasiya üçün su çatışmır. Erməni tərəfi bu məsələ üzrə əməkdaşlıqdan imtina edib".

no comment