İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Rusiya və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri nizamlanmanın yollarını axtarırlar

XİN: Rusiya və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri nizamlanmanın yollarını axtarırlar

26.01.2016

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar masasında bir sıra sənəd var. ATƏT-in Minsk qrupunun həmsədrləri onları sülh nizamlanmasının bir neçə mərhələsində hazırlayıblar. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada 2015-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir neçə il ərzində təkmilləşdirilən bu sənədlər hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədlər kimi nəzərdən keçirilir: "Heç bir sənəd Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarının həllini təşkil etmir və Rusiya tərəflərə sülh həll yolunu tapmağa kömək etmək üçün səylər göstərir".

S.Lavrov qeyd edib ki, bu münaqişədə "hər şey və heç nə" prinsipi vacib olduğuna görə, mediatorlar və tərəflər onun tənzimlənməsi yollarının axtarışı üzərində işi davam etdirilər: "Biz birlikdə yeni ideyalar axtarırıq və tərəflərlə bu məsələ üzrə "beyin hücumu" aparırıq".