İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib

Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib

04.02.2016

APA.ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

APA-nın “Novosti-Armenia”ya istinadən verdiyi məlumata görə, o, qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb. Görüşdə təmas xəttində vəziyyət, Anjey Kaspşikin ofisinin gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Səfərin məqsədi sabah Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak etməkdir. Azərbaycan tərəfdən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi Anjey Kaspşiklə yanaşı onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx izləyəcəklər.