İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN rəhbərinin müavini Avropa İttifaqının nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya XİN rəhbərinin müavini Avropa İttifaqının nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

04.02.2016

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ağırlaşan beynəlxalq şərait kontekstində Cənubi Qafqazdakı vəziyyət, regional ölkələrin təhlükəsizliyi və sabitliyinə təhdidlər, habelə terrorizmlə mübarizə məsələləri müzakirə olunub.

Görüşdə Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri də müzakirə edilib.