İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsveç Parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edilib

İsveç Parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edilib

17.02.2014

"Azərbaycan Naminə" Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsveç Parlamentinə (349 deputata), İsveç hökumətinə və Xarici İşlər Nazirliyinə, İsveçdə yerləşən beynəlxalq təşkilatların ofisinə qətliamı pisləyən bəyanat təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda 1992-ci ilin 25-26 fevral tarixinin Azərbaycan tarixində qanlı faciə günü kimi yaddaşlarda həkk olunduğu, həmin gecə erməni silahlı qüvvələrinin Xankəndi şəhərini tamamilə darmadağın etdiyi, bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir.

Sənəddə 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliam Xocalı Xatın, Liditse, Oradur faciələri ilə müqayisə olunur. Sənəddə Xocalı şəhərini yer üzündən silən ermənilərin insanlığa sığmayan vəhşilikləri göstərilir: "Əlli nəfər görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Onların başlarının dərisi soyulmuş, diri-diri yandırılmışdı, başları, bədənlərinin hissələri kəsilmiş, gözləri çıxarılmış. Qəddarlıqla öldürülənlər arasında hamilə qadınlar da olub".

Bəyanatda daha sonra deyilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının iki yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir.

Qətnamədə İsveç hökuməti, dünya ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağırılır: "Bu gün Xocalı sakinləri, məruz qaldıqları qətliama ədalətli qiymət veriləcəyi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır ki, cinayət cəzasız qalmasın".