İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsveç XİN rəhbəri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

İsveç XİN rəhbəri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

10.02.2016

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu İsveç Krallığının xarici işlər naziri Marqot Vallström İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

İsveç xarici işlər naziri qeyd edib ki, vəziyyətin eskalasiyasına imkan verməmək üçün bütün imkanlar səfərbər edilməlidir. Onun sözlərinə görə, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll yolunun tapılması istiqamətində işlər davam etdirilməlidir.

“Tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün çalışmağa çağırırıq”, - deyə M. Vallström əlavə edib.

Qeyd edək ki, İsveçin xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bu gün Bakıya gələcək.