İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində Nulandın rolunu araşdırır

Azərbaycan Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində Nulandın rolunu araşdırır

10.02.2016

Azərbaycanın ABŞ-dakı səfirliyinə AŞ PA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulandın rolunu öyrənmək tapşırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib: "Diplomatik nümayəndəliklərimiz Konqres və Ağ evlə iş aparır. Bu işin yekunu üzrə daha ətraflı məlumat yayılacaq".

Qeyd edək ki, daha əvvəl amerikalı konqresmen Adam Şiff erməni nəşrlərindən birinə müsahibəsində bildirmişdi ki, ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi Viktoriya Nuland Dağlıq Qarabağ üzrə qətnamənin AŞ PA-da qəbul edilməməsində xüsusi rol oynayıb.