İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı parlamentarilər: "Minsk qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir"

Britaniyalı parlamentarilər:

22.02.2014

"ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir". Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən verilən məlumata görə, bunu Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Böyük Britaniya Parlamentinin bir qrup üzvünün, o cümlədən Böyük Britaniya-Azərbaycan parlament qrupunun üzvü olan parlamentin Nümayəndələr Palatasının üzvləri Bob Blekmen və Stiven Hepbörn və Lordlar Palatasının üzvləri Lord Kilkluni və Lord Flaytın Azərbaycan səfirliyinə ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur: "Bu il Xocalı faciəsinin 22-ci ildönümü tamam olur. Biz Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının işğalı zamanı qətlə yetirilmiş 613 günahsız mülki şəxsin xatirəsini böyük kədər hissi ilə yad edirik. Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü qeyd etdiyi bu günlərdə biz faciə zamanı qətlə yetirilmiş günahsız insanları xatırlayırıq. Biz dəfələrlə Azərbaycanda olmuşuq və öz doğma yurdlarından qovulmuş məcburi köçkünlərin ağır, məşəqqətli həyatını öz gözlərimizlə görmüşük.

Biz Azərbayan torpaqlarının işğalına son qoyulması ilə bağlı sizin çağırışlarınıza qoşulur və münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyirik. Biz bu kədərli gündə sizinlə bir yerdəyiik. Biz münaqişənin tezliklə sülh yolu ilə həllinə və öz yurd-yuvalarından qovulmuş məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid edirik".