İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Araz Əzimov Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb

Araz Əzimov Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb

12.02.2016

Araz Əzimov Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb

Dağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir”.

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada  ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov bildirib. Araz Əzimov Azərbaycanın Minsk prosesinə sadiqliyini bəyan edib və münaqişənin həllində formatdan tam istifadəni təmin etmək üçün Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb: “Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasının yubanması və hazırkı status-kvo regional təhlükəsizliyə mənfi təsir edir, regional layihələrin reallaşdırılmasına mane olur”.     

XİN rəhbərinin müavini  Azərbaycanın terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.

“Həmçinin iqtisadi islahatların aparılması və sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir” - deyə Əzimov vurğulayıb. 

Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın elektron dövlət xidmətləri vasitəsilə əldə etdiyi nailiyyətlərdən söz açan nazir müavini ölkənin bu təcrübəni ATƏT-in digər üzv dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.  

“2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının  yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına növbəti töhfəsi olacaq. Multikulturalizmin təşviqi - Azərbaycanın dövlət siyasətidir” - deyə A. Əzimov qeyd edib.