İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nikolay Bordyuja erməni jurnalistə sərt cavab verib

Nikolay Bordyuja erməni jurnalistə sərt cavab verib

12.02.2016

Nikolay Bordyuja erməni jurnalistə sərt cavab verib

“Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində münaqişənin gərginləşməsi yolverilməzdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

Erməni jurnalistin "Serj Sarkisyan Azərbaycanın iriçaplı silahlardan açdığı atəşin bütün KTMT ölkələrinə yönəldiyini bəyan edib. Niyə KTMT təşkilat olaraq buna münasibət bildirmir? Bu təşkilatın imicinə ziyan vurmurmu?" sualına KTMT baş katibi belə cavab verib: "KTMT dəfələrlə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatlar verib. Mən axırıncı dəfə İrəvanda olanda bu barədə Ermənistan rəhbərliyinə fikrimi bildirmişəm. Son illər KTMT ölkələri Kollektiv Təhlükəsizlik Şurasının bütün bəyanatlarında Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı müddəa yer alıb. Ya siz bunu görmürsünüz, ya da məqsədli şəkildə bunu deyirsiz. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması yolverilməzdir. Ona görə də hesab etmirəm ki, bu, KTMT-nin imicinə zərbə vurur".

N. Bordyuja KTMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə ehtiyac görmədiyini də söyləyib: "Dağlıq Qarabağmünaqişəsi çox həssas problemdir. Bu münaqişənin həllinə KTMT cəlb olunmayıb. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bizim mövqeyimiz dəqiq və bəllidir. Bu mövqe KTMT-yə üzv olan bütün ölkələrin mövqeyidir. Bütün KTMT ölkələrinin mövqeyi ondan ibarətdir ki,Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, onun hərbi yolla həlli mümkün deyil. KTMT dövlətləri regionda iriçaplı silahlardan istifadənin əleyhinədir".