İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO baş katibi: “Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir”

NATO baş katibi: “Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir”

12.02.2012

NATO baş katibi: “Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir” 

“Hazırda ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iradə nümayiş etdirərək vəziyyətin gərginləşməsinə yol verməməsidir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.

 “Biz hazırda Azərbaycan və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik.  Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.

Qeyd edək ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya nümayəndəsi Ceyms Appaturayın fevralın 16-da Azərbaycana səfəri gözlənilir.