İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gürcüstanda “Xocalı harayı” kitabı nəşr olunub

Gürcüstanda “Xocalı harayı” kitabı nəşr olunub

13.02.2016

Gürcüstanda yazıçı-jurnalist Nizami Məmmədzadənin “Xocalıharayı” kitabı nəşr olunub. APA-nın məlumatına görə, Gürcüstanda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində nəşr olunan kitab Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 

Xocalı qurbanlarının xatirəsinə həsr olunan müxtəlif məzmunlu şeirlərlə yanaşı kitabda “Yurd həsrəti” hekayəsi və “Kədər dolu bir gün” miniatürü də yer alıb.

Xocalı harayı” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Hacıxəlilovdur.

Qeyd edək ki, N. Məmmədzadə 1957-ci ildə Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycanda Həsən bəy Zərdabi və Ali Media mükafatlarına layiq görülüb. 

N. Məmmədzadə 2008-ci ildən APA-nın Gürcüstan üzrə xüsusi müxbiridir.