İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Azərbaycanın beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsini qaldırmaq hüququna hörmət edir

ABŞ Azərbaycanın beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsini qaldırmaq hüququna hörmət edir

15.02.2016

Trend:

ABŞ Azərbaycanın AŞ PA daxil olmaqla regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəmə gətirmək üzrə suveren hüququna hörmət edir.

Bunu Trend-ə ABŞ Dövlət Departamentindən Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Viktoriya Nulandın AŞ PA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində rolu barədə məlumatı şərh edərkən deyiblər.

Dövlət Departamentindən bildiriblər ki, ATƏT-in Minsk qrupu münaqişə tərəflərinin qəbul etdiyi danışıqlar formatıdır: "Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlığa tam sadiqdirlər".

Qeyd edək ki, daha əvvəl amerikalı konqresmen Adam Şiff erməni nəşrlərindən birinə müsahibəsində bildirmişdi ki, ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi V.Nuland Dağlıq Qarabağ üzrə qətnamənin AŞ PA-da qəbul edilməməsində xüsusi rol oynayıb.

Xatırladaq ki, yanvarın 26-da AŞ PA Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzəni qəbul edib. Lakin Dağlıq Qarabağ üzrə ikinci qətnamə qəbul olunmayıb.